İnsanabənzər robot mağazadan alış-veriş edəcək

İnsanabənzər robot mağazadan alış-veriş edəcək

Hazırda oxunan: İnsanabənzər robot mağazadan alış-veriş edəcək

112049

Milyarder İlon Mask “Optimus” adlı insanabənzər robotun (Tesla Bot) yaradıldığını elan edib.

Bizim.Media xəbər verir ki, robot mağazadan ərzaq məhsulları götürmək kimi kiçik tapşırıqları yerinə yetirə biləcək.

Mütəxəssislərin fikrincə, hazırda “Tesla” avtomobillərində istifadə olunan bir çox texnologiya robota ötürüləcək.

Üz əvəzinə ekranı olacaq, ayaqları və qolları 40 naqillə idarə ediləcək. Robot “Tesla” elektrik avtomobillərinin özünü idarə etmək üçün istifadə etdiyi eyni çip və sensorlara əsaslanır.

Hündürlüyü 172 santimetr, çəkisi 57 kiloqram olan robot saatda 8 kilometr sürətlə qaça bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO