Müharibə ukraynalı milyarderləri müflis etdi

Müharibə ukraynalı milyarderləri müflis etdi

Hazırda oxunan: Müharibə ukraynalı milyarderləri müflis etdi

111909

Bu ilin 10 ayı ərzində Ukraynanın 20 milyarderinin varidatı 20-22,5 milyard dollaradək azalıb.

Bizim.Media xəbər verir ki, bunu “Forbes” jurnalı yazıb.

Nəşr bununla bağlı ayrıca hesabat dərc edib. Jurnalın məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi ukraynalı milyarderlərin gəlirlərinin azalmasına səbəb olub.
Bildirilib ki, ölkənin ən varlı iş adamı Rinat Axmetovun sərvəti 13,7 milyard dollardan 4,4 milyard dollara enib.

Ukraynanın keçmiş Prezidenti, “Roshen” şirkətlər qrupunun rəhbəri Petr Poroşenko da “kasıblayıb”. Onun 1,6 milyard dollarlıq varidatı 730 milyon dollara düşüb.

Jurnal ümumilikdə, son iki ildə ən varlılar reytinqinə daxil olan 129 ukraynalı iş adamının vəziyyətini təhlil edib.

Sərvəti azalanlar arasında Maksim Litvin, Aleksey Şevçenko, Viktor Pinçuk, Konstantin Jevaqo, Aleksandr və Qalina Gereqa, Vlad Yatsenko, Vadiim Novinski, Gennadi Boqolyubov, Sergey Tiqipko, Maks Polyakov, Yuri Kosyuk, Nikolay Zloçevski, Vitali Xomutınnik, Andrey Verevski, Taras Kitsmey, Stepan Çernovetski, Aleksandr Yaroslavski, Aleksandr Konotopskinin də adı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO