SEPAH Britaniya casuslarının həbs olunduğunu AÇIQLADI

SEPAH Britaniya casuslarının həbs olunduğunu AÇIQLADI

Hazırda oxunan: SEPAH Britaniya casuslarının həbs olunduğunu AÇIQLADI

111746

İranın dövlət mediası Britaniyanın ikili vətəndaşları da daxil olmaqla bir neçə nəfərin həbs edildiyini yazıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kerman əyalətində yerləşən "Sarulah" qərargahı yaydığı bəyanatda 7 Britaniya vətəndaşını həbs etdiyini açıqlayıb.

Bəyanatda saxlanılanların kimliyinə işarə olunmadan onların "Zaqros" adı altında fəaliyyət göstərdikləri qeyd olunub.
Saxlanılanların etiraz aksiyaları zamanı “təxribatda və sui-qəsddə iştirakda” ittiham olunduqları və ölkəni tərk etməyə hazırlaşdıqları zaman həbs edildikləri iddia olunub.

İran hakimiyyəti dəfələrlə etirazların mənşəyini xaricə bağlayaraq, ölkənin problemlərinə məsuliyyətsiz yanaşmalarını davam etdirib.

Tehran rejimi Rusiya və Çin də daxil olmaqla, bir sıra digər ölkələrlə birlikdə dünyada ikili vətəndaşların və xarici vətəndaşların həbsindən siyasi imtiyaz kimi istifadə edən azsaylı hökumətlərdən biridir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO