Tatarıstan prezidentinin vəzifəsinin adı dəyişdirilir – “Rəis” adlandırılacaq

Tatarıstan prezidentinin vəzifəsinin adı dəyişdirilir – “Rəis” adlandırılacaq

Hazırda oxunan: Tatarıstan prezidentinin vəzifəsinin adı dəyişdirilir – “Rəis” adlandırılacaq

111683

Tatarıstan Dövlət Şurasının Dövlət Quruculuğu Komitəsi plenar iclasda respublika prezidenti vəzifəsinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsinə baxmağı təklif edib.

Bizim.Media "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, Prezidentin “rəis” adlandırılması təklif edilib.

Bu faktı Komitənin sədri Albert Xabibullin təsdiq edib. 

Komitə dekabrın 22-də keçirilən iclasında qanun layihəsinin geri “çağırılmasını” tövsiyə edib. Lakin dekabrın 23-də səhər saatlarında komitə gizli qapılar arxasında ikinci iclasını keçirib. Plenar iclasda Xabibullin bildirib ki, qanun layihəsinə dəyişiklik edilib: “Tatarıstanın ən yüksək vəzifəsinin adı “Tatarıstan Respublikasının rəhbəri - rəisi” olacaq. Qısaldılmış variantda "Tatarıstan Respublikasının rəisi” kimi istifadə ediləcək. 

Komitə rəhbəri əlavə edib ki, yenidən işlənmiş qanun layihəsində keçid müddəaları var. Yeni ad yalnız Tatarıstanın yeni seçilmiş yüksək vəzifəli şəxsinə şamil ediləcək.

Xatırladaq ki, Tatarıstan Rusiyanın yeganə regionudur ki, orada prezident postu saxlanılıb.

Dövlət Duması 2010-cu ilin dekabrında vilayət başçılarının prezident adlandırılmasını qadağan edən qanun layihəsini qəbul edib. Bölgələrə adlarının dəyişdirilməsi üçün beş il vaxt verilib, sonradan bu müddət 2016-cı ilə qədər uzadılıb.

2021-ci ilin dekabrında Duma ölkədə vahid dövlət hakimiyyəti sistemi haqqında qanun qəbul edib və bu qanuna əsasən, regionların rəhbərlərinin prezident adlandırılması qadağan edilib.

Regionlardan 2023-cü ilə qədər qanunvericiliklərinə müvafiq düzəlişlər etmələri tələb olunur. Yeri gəlmişkən, 2022-ci il iyulun 12-də prezident Vladimir Putinin imzaladığı sərəncamda Tatarıstanın ən yüksək vəzifəli şəxsi hesab edilən Rüstəm Minnixanov “Tatarıstan Respublikasının başçısı” kimi qeyd olunub. 
Tatarıstan Dövlət Şurasının spikeri Fərid Muxametşin iyulun 14-də bildirib ki, nizamnamədə respublikanın ən yüksək vəzifəli şəxsi prezident kimi göstəriləcək, çünki bu ad region konstitusiyasında təsbit olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO