Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “omikron” ştamının BA.5 - BF.7 altnövünə qarşı mübarizə aparmaq üçün ölkələrin ictimai səhiyyə tədbirlərinə hər hansı dəyişikliyin olunmamasını tövsiyə edir.
Bizim.Media ÜST-ə istinadən xəbər verir ki, yüksək ötürücülüyə malik bu altnöv delta ştamı qədər ciddi hesab olunur və toplanmış immuniteti üstələmək iqtidarındadır.
ÜST açıqlayıb ki, dekabrın 20-nə olan məlumata görə, dünyanın 90-a yaxın ölkəsində BA.5-in 50 mindən çox variantı qeydə alınıb.
BF.7-nin ABŞ, Belçika, Böyük Britaniya, Çin, Hindistan və bir sıra digər ölkələrdə aşkar edildiyi bildirilir. Bu altnöv qızdırma, öskürək və boğaz ağrısı kimi “omikron” ştamının digər altnövlərinə xas oxşar simptomlarına malikdir. Nadir hallarda xəstələrdə qusma və ishal müşahidə oluna bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:02 / 26.12.2022
ÜST-dən “Omikron”la bağlı YENİ AÇIQLAMA
Hazırda oxunan: ÜST-dən “Omikron”la bağlı YENİ AÇIQLAMA
Hazırda oxunan: ÜST-dən “Omikron”la bağlı YENİ AÇIQLAMA
111660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.