Ərdoğan: “Ronaldoya qarşı siyasi sanksiyalar tətbiq etdilər” - VİDEO

Ərdoğan: “Ronaldoya qarşı siyasi sanksiyalar tətbiq etdilər” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “Ronaldoya qarşı siyasi sanksiyalar tətbiq etdilər” - VİDEO

111629

Prezident Rəcəb Tayyib Ərdoğan Ərzurum Atatürk Universitetində keçirilən “İlk səsim AK Partiyaya, ilk səsim Ərdoğana” adlı proqram çərçivəsində gənclərlə görüşüb. 

Bizim.Media “aspor.com.tr” saytına istinadən xəbər verir ki, Ərdoğan Qətərdə keçirilən dünya çempionatı və Kriştiano Ronaldo ilə bağlı diqqətçəkən açıqlamalar verib. 

Dünya Kubokunun final matçı ilə bağlı sualı cavablandıran Ərdoğan, matçdan sonra Fransa prezidenti Emmanuel Makrona Argentinanın yaxşı oynayaraq qalib gəldiyini və buna görə üzülməməyi söyləyib.
Ərdoğan “Argentina matçını canlı izlədiyiniz üçün fikrinizi dəyişdinizmi? Messi yoxsa Ronaldo?” sualına belə cavab verib:

"Ronaldonu kənarlaşdırdılar. Təəssüf ki, ona siyasi sanksiya tətbiq etdilər. İkinci hissədə oynaması onun həm psixologiyasını, həm də bütün enerjisini əlindən aldı. Məndə olan məlumata görə o, Səudiyyə Ərəbistanına gedir. Fələstin davasını müdafiə edənlərdən biridir. İndi əsas diqqət Mbappeyə yönəlib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO