Zambiyada ölüm hökmü LƏĞV EDİLDİ 

Zambiyada ölüm hökmü LƏĞV EDİLDİ 

Hazırda oxunan: Zambiyada ölüm hökmü LƏĞV EDİLDİ 

111525

Zambiya Prezidenti Hakainde Hiçilema ölkədə ölüm hökmünü ləğv edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Hiçilema, eyni zamanda dövlət başçısını təhqir etməyə görə cəza nəzərdə tutan qanunu qüvvədən salıb.

Qeyd edilib ki, Zambiya məhkəmələri tez-tez ağır cinayətlərə görə ölüm hökmü çıxarır. Belə ki, bu ilin əvvəlində ölkədə edam cəzasına məhkum edilmiş 257 cinayətkar ölüm cəzasını gözləyirdi. Lakin məhkəmə qərarı ilə sonuncu edam 1997-ci ildə Zambiyada həyata keçirilib. 
Ölüm hökmünün ləğvi Hiçilemanın 2021-ci ilin yayında prezident seçkiləri kampaniyası zamanı verdiyi əsas vədlər sırasında olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO