Belçikanın iki əsgəri Avropa Komissiyasının binası qarşısında SAXLANILDI - SƏBƏB 

Belçikanın iki əsgəri Avropa Komissiyasının binası qarşısında SAXLANILDI - SƏBƏB 

Hazırda oxunan: Belçikanın iki əsgəri Avropa Komissiyasının binası qarşısında SAXLANILDI - SƏBƏB 

111349

Belçika Hərbi Hava Qüvvələrinin iki əməkdaşı Brüsseldə  Avropa Komissiyasının (AK) mənzil-qərargahının həbs edilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, onların üzərində sursat aşkarlanıb.

Bildirilib ki, həbs Avropa Komissiyasının mənzil-qərargahının qarşısında, Arximed küçəsində, “Brüssel rəsmilərinin sevimli ziyarətgahı” sayılan Berlaymont kafesinin yaxınlığındakı mənzildə baş verib. 

Məlumata görə, sakinlər açıq pəncərədən iki nəfərin odlu silahla atəş açdığını görüb və polisə müraciət ediblər. Polis ərazidə pnevmatik silah aşkarlayıb.

Lakin binada axtarış zamanı polis “Belçika qoşunlarının istifadə etdiyi avtomatlar üçün nəzərdə tutulmuş” 200-dən çox patron aşkar edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO