Türkiyə nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət etdi - FOTO 

Türkiyə nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət etdi - FOTO 

Hazırda oxunan: Türkiyə nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət etdi - FOTO 

111310

Türkiyə nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrini ziyarət edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Ziyarət Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında keçirilən 13-cü Qərargah danışıqları çərçivəsində baş tutub. 

Qonaqlara hərbi hissələrin yaranma tarixi və fəaliyyəti, birinci Qarabağ və Vətən müharibəsində keçdiyi döyüş yolları barədə ətraflı brifinq təqdim olunub. 

Sonra türkiyəli nümayəndə heyətinə hərbi hissələrin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib. 

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO