Sinan Oğan: “Bahçeli fəxri sədr olsun”x9d

Sinan Oğan: “Bahçeli fəxri sədr olsun”x9d

Hazırda oxunan: Sinan Oğan: “Bahçeli fəxri sədr olsun”x9d

111120
MHP sədrliyinə namizəd Nobel mükafatlı Aziz Sancarı Türkiyə prezidentliyinə layiqli namizəd adlandırıb.

Türkiyənin Milliyətçi Hərəkat Partiyası sədrliyinə namizədliyini açıqlayan Sinan Oğan partiya sədri Devlet Bahçelinin MHP-yə fəxri sədr ola biləcəyini deyib.

CNN Türkdə Hakan Çelikin “Həftəsonu”x9d müəllif proqramına qatılan Sinan Oğan bildirib ki, Devlet Bahçeli artıq yorulub, postunu təhvil verərək simvolik vəzifə daşıya bilər: “Onun yorulduğunu düşünürəm. MHP-nin fəxri sədri olar. Biz də xa0məsləhətlərin dinləyərik. Sadəcə məsləhətçi ola bilər. Türkiyədə hər vəzifəyə iddialı ola biləcək insanlar var. Məsələn, Nobel mükafatı alan Aziz Sancar da prezidentliyə çox gözəl namizəd ola bilər. Məsələn, mən qalib gəlsəm, niyə Meral Akşener prezidentliyə namizəd olmasın?”x9d

xa0
Partiyanın son illərdəki yanlış addımlarından danışan Sinan Oğan bildirib ki, 2013-cü il prezident seçkisində müxalifətin professor Ekmeleddin İhsanoğlunu vahid namizəd göstərməsi böyük yanlışlıq idi: “İhsanoğlu dəyərli bir insandır, ancaq onun siyasi kimliyi yoxdur. Biz üzərimizə düşəni etdik, ancaq alınmadı. MHP içərisində prezidentliyə namizəd olacaq nə qədər insan var”x9d.

Sinan Oğan MHP sədri olarsa, yalnız terrora yox, ölkənin bütün problemlərinə yönəlik çözüm tapan MHP quracağını deyib. Proqram müəllifinin “Heç Selahettin Demirtaşla görüşüb müzakirələr aparmısınızmı”x9d sualını Oğan belə cavablandırıb: “Biz Türkiyədə terror qruplaşmaları ilə arasına məsafə qoyan hər kəslə müzakirə apararıq. Siyasətlə terror yan-yana gələ bilməz”x9d.

Proqramda Türkiyənin Rusiya hərbi uçağını məhv eləməsindən də söz açılıb. Sinan Oğan Ankaranın gərəkli addımı atdığını deyib: “İsrarla bizim sərhədlərimizi pozmağa çalışan, türkmən qardaşlarımızı bombalayan istənilən qüvvəyə qarşı Türkiyə gərəkli tədbirləri görməlidir”x9d./musavat.com/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO