Ayda 50 il əvvəl itmiş qolf topları tapılıb

Ayda 50 il əvvəl itmiş qolf topları tapılıb

Hazırda oxunan: Ayda 50 il əvvəl itmiş qolf topları tapılıb

11099

Astronavt Alan Shepard tərəfindən 1971-ci ildə Apollo 14 missiyası əsnasında Ay səthində qolf oynayarkən itdiyi iddia edilən qol topları 50 il sonra tapılıb.

Bizim.Media İngiltərənin “The Sun” qəzetinə istinadən məlumat verir ki, qolf topları Apollon 14 missiyasına aid video görüntülərin yenidən analizi əsasında tapılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Marsa bir addım daha yaxınlaşırıq: 10 qat daha sürətli gedəcək raket hazırlanıb


Belə ki, Shepard 31 yanvar - 6 fevral 1971-ci il tarixləri arasında Apollo 14 missiyası ilə Aya eniş edib.

Eniş prosesi ilə bağlı görüntülərin analiz edilməsi nəticəsində Shepardın Ay səthində zərbə vurduğu 2 golf topu tapılıb.

Görüntü mütəxəssisi Andy Saunders Apollo 14 ekipajının xüsusi kamera texnikasından istifadə edərək çəkdiyi çox kiçik 16 millimetrlik görüntülər də daxil olmaqla orijinal şəkillərin yüksək keyfiyyətli analizinin həyata keçirildiyini qeyd edib.

Saunders, Shepardın Ay səthindəki çox çətin şərtlər altında vuruş etdiyini vurğulayıb.

"Təsəvvür edin ki, bu atışı hər tərəfi astronavt geyimləri və qalın əlcəklər ilə əhatələnmiş mühitdə edirsiniz və heç bir cazibə qüvvəsi yoxdur. Shepardın hətta topla təmasa edə bilməsi belə olduqca təsir edicidir”, deyə Saunders qeyd edib.

Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO