Roqozin Donetskdə azərbaycanlılara məxsus restoranda yaralandı –  FOTO/VİDEO

Roqozin Donetskdə azərbaycanlılara məxsus restoranda yaralandı –  FOTO/VİDEO

Hazırda oxunan: Roqozin Donetskdə azərbaycanlılara məxsus restoranda yaralandı –  FOTO/VİDEO

110962

Rusiya baş nazirinin keçmiş müavini, “Roskosmos”un rəhbəri Dmitri Roqozin və özünü DXR hökumətinin sədri hesab edən Vitali Xotsenko çərşənbə günü axşam saatlarında Donetskin atəşə tutulması zamanı yaralanıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “bbc.com” saytında yer alıb.

Roqozin və Xotsenkonun ətrafı əmin edir ki, onların həyatı üçün heç bir təhlükə yoxdur. Roqozinin özü Rusiyanın RT telekanalına deyib ki, o, kürəyindən qəlpə ilə yaralanıb. Onun sözlərinə görə, qəlpə onurğa sütununa bir santimetr daxil olub.
Rəsmi məlumatlara görə, Donbasda “Çar canavarları” hərbi məsləhətçilər qrupuna rəhbərlik edən Roqozin “Mən yaşayacağam” deyib.

“Baza” nəşri yazır ki, hələlik son təsdiqini tapmayan məlumatlara görə, ölənlər var, hətta bir neçə nəfər yaralanıb.

Roqozin və Xotsenko Roqozinin ad gününü qeyd etdiyi “Şeş-Beş” restoranında (çərşənbə günü 59 yaşı tamam olur) yaralanıblar.

Dmitri Roqozinin köməkçisi "İnterfaks"a bildirib ki, o, xəstəxanaya yerləşdirilib. 

Vitali Xotsenkonun mətbuat katibi jurnalistlərə bildirib ki, rəhbərinin həyatı üçün heç bir təhlükə yoxdur.

“Baza”nın məlumatına görə, ölənlərdən biri Vitali Xotsenkonun mühafizəçisidir.

Rusiya kanalları hadisə yerindən pəncərələri sındırılmış restoran zalını, həyətdəki dağıntıları əks etdirən foto və videoları dərc edib.

Bizim.Media
- nın əldə etdiyi məlumata görə “Şeş-Beş” restoranı Azərbaycanlı iş adamlarına məxsusdur.

Qeyd edək ki, azərbaycanlılara məxsus olan “Şeş-Beş” restoran-mehmanxana kompleksi Donetskin cənub kənarında, cəbhə xəttindən təxminən 20 km aralıda yerləşir.

Bizim.Media
 



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO