Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qətərə qarşı internet hakerlərindən istifadə etməsi ilə bağlı faktlar ortaya çıxıb. Nyu York Tayms qəzetinin məlumatına görə, Ərəb Əmirlikləri bu addımı ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşları vasitəsi ilə həyata keçirilib.
Bizim.Media Nyu York Tayms qəzetinə istinadən məlumat verir ki, Birləşmiş Ərəb Əmirlikləri ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşlarını "Amerikanın Terrorla Mübarizəsi" çərçivəsində ekstremist qrupların təqibi adı altında fəaliyyətə cəlb edib.
MÖVZU İLƏ BAĞLI:
Xakerlər “Mircosoft”u ələ keçirdilər
Yüksək maaş və dəbdəbəli həyat vəd edilən işçilərdən 2014-cü ildə Qətərə qarşı kiber hücum və kəşfiyyat fəaliyyətləri ilə məşğul olmaları istənilib. Bunun üçün “CyberPoint” adlı Amerika şirkətlərindən vasitəçi kimi istifadə edilib.
Nyu York Tayms qəzetinin yazdığına görə, bu dövrdə ABŞ rəhbərliyində təmsil olunan şəxslərin də şəxsi yazışmaları hədəf alınıb. 2015-ci ilin sonunda hücumlara məruz qalan şəxslər sırasında prezident Barak Obamanın həyat yoldaşı Mişel Obama da yer alır.
Dohada təşkil olunan zirvə toplantısına dəvət olunan Mişel Obamanın elektron hesablarına məhz bu zaman hücum edildiyi bildirilir.
Rəvan Əliyev, Bizim.Media