Almaniya Ukraynaya

Almaniya Ukraynaya "Patriot" GÖNDƏRMƏYƏCƏK - SƏBƏB 

Hazırda oxunan: Almaniya Ukraynaya "Patriot" GÖNDƏRMƏYƏCƏK - SƏBƏB 

110918

Almaniyanın Ukraynaya "Patriot" sistemləri göndərmək imkanı yoxdur. 

Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit mətbuat konfransında bildirib. 

Sözçü qeyd edib ki, ABŞ-dan sonra Almaniyanın da Ukraynanı "Patriot" hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə heç bir prinsipial etirazı yoxdur, lakin hazırda ölkənin bu sistemi göndərmək imkanı yoxdur. 
Almaniya NATO müttəfiqi Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bu ölkənin şərqində üç "Patriot" raket kompleksi yerləşdirməyə razılıq verib. 

“Bunlar əlimizdəki mövcud üç "Patriot" sistemidir. Deyə bilərəm ki, Almaniyanın bu istiqamətdə atmaq istəmədiyi konkret bir addım yoxdur, lakin mövcud sistemlərimiz də yoxdur”, - deyə hökumət rəsmisi bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO