Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub - VİDEO

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub - VİDEO

Hazırda oxunan: Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub - VİDEO

110824

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə ediblər. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.

Azərbaycan və Türkiyə Respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

13.34

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. 

Görüş Kayseri şəhərində keçirilib. 

Nazirlər Azərbaycan-Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində bir araya gəliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO