Ağ Ev Zelenskinin sürpriz səfərinin təfərrüatlarını açıqladı

Ağ Ev Zelenskinin sürpriz səfərinin təfərrüatlarını açıqladı

Hazırda oxunan: Ağ Ev Zelenskinin sürpriz səfərinin təfərrüatlarını açıqladı

110804

ABŞ prezidenti Co Bayden dekabrın 11-də Ukrayna prezidenti Volodimir Zelenskini Vaşinqtona dəvət edib. Üç gün əvvəl Ukrayna lideri bununla razılaşıb. Bu, onun 24 fevral 2022-ci ildə Rusiya işğalından sonra xaricə ilk səfəri olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı brifinq zamanı Bayden administrasiyasının yüksək rütbəli rəsmisi yayıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi ötən cümə günü dəvəti şərti olaraq qəbul edib və Zelenski, nəhayət bazar günü səfəri təsdiqləyib.

Ağ Ev vurğulayıb ki, Bayden Zelenskiyə təzyiq etmək və ya onu Rusiya ilə danışıqlara sövq etmək niyyətində deyil, əksinə, Ukraynanın gələcəkdə danışıqlar masası arxasında daha yaxşı mövqedə olmasını təmin etməyə çalışacaq.
Ötən gecə bir sıra Amerika mediası çərşənbə günü, dekabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfər edəcəyi barədə məlumat yayıb.

Zelenskinin ABŞ-a qəfil səfəri Bayden administrasiyasının Ukraynaya Patriot zenit-raket komplekslərinin daxil olduğu yeni yardım paketi göndərmək niyyəti ilə üst-üstə düşəcək.

Associated Press-in məlumatına görə, ABŞ bu gün Ukraynaya 1,8 milyard dollarlıq yeni yardım paketini elan edib. Yeni paketə ilk dəfə olaraq Patriot hava hücumundan müdafiə sistemləri və qırıcılar üçün dəqiq idarə olunan bombalar daxil olacaq.

Səhər saatlarında Zelenski ABŞ-a səfərini rəsmən təsdiqləyib. Prezident Baydenlə görüşməyi və Konqresdə çıxış etməyi planlaşdırır.

Eyni zamanda, Ağ Ev ABŞ-ın “Patriot” hava hücumundan müdafiə batareyasını Ukraynaya ötürmək niyyətini təsdiqləyib. Onlar Baydenin bu gün elan edəcəyi yardım paketinin bir hissəsi olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO