Azərbaycanlı professordan Türkiyə parlamentinin erməni deputatına SƏRT ETİRAZ

Azərbaycanlı professordan Türkiyə parlamentinin erməni deputatına SƏRT ETİRAZ

Hazırda oxunan: Azərbaycanlı professordan Türkiyə parlamentinin erməni deputatına SƏRT ETİRAZ

110746

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar Türkiyə parlamentinin HDP-dən olan deputatı Garo Paylanın təxribatçı açıqlamasına qarşı kəskin etirazla çıxış edib.

Bizim.Media xəbər verir ki, erməni diasporunun əlində alət olan deputat Garo Paylanın dərdinin Qafqazdakı sülh prosesləri deyil, Türk Dövlətləri Təşkilatının fəaliyyətini ləkələmək və Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli əməkdaşlıq formatının əsl mahiyyətinə zərər gətirmək olduğunu diqqətə çatdıran professor Aygün Attar deyib ki, amalı türk düşmənçiliyi olan bu şəxsin bütün sözü və ifadəsi saxtakarlıq və riyakarlıqdır.

Azərbaycan xalqı qanuni özünümüdafiə hüququndan istifadə etməklə iki il əvvəl Vətən müharibəsində böyük Zəfər qazanıb və işğal altındakı ərazilərini azad etməklə əsl varlığın nədən ibarət olduğunu ortaya qoyub. Sülhsevər dünya ictimaiyyəti həqiqətlərin nədən ibarət olduğunu yaxşı bilir.

PKK-nın siyasi qanadı olan HDP-nin Türkiyə parlamentindəki təmsilçisinə çoxsaylı suallar ünvanlayan professor Aygün Attar onun saxta demokrat olduğunu ifadə edərək deyib: “Xocalı soyqırımından nə üçün danışmırsınız? Dörd nəsil bundan əvvəl guya “ailənə və xalqına böyük fəlakət gətirildiyindən” bəhs edərkən son otuz ildə mənim kimi torpağını məcbur tərk etmək məcburiyyətində qalan türk ailələrdən və onların yaxın tarixdəki fəlakətlərindən niyə danışmırsan?”.

Professor deyib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın, Türkiyənin, İranın, Rusiyanın və Gürcüstanın da mənafelərinə uyğundur. Qarabağdakı ermənilərin haqlarına gəldikdə, onlar Azərbaycan vətəndaşlarıdır və Azərbaycan heç bir vətəndaşına qarşı etnik ayrı-seçkilik etmədən xoş münasibət bəsləyir”.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO