Yenə Çindən başladı – Sərt karantin tədbirləri dönürmü?

Yenə Çindən başladı – Sərt karantin tədbirləri dönürmü?

Hazırda oxunan: Yenə Çindən başladı – Sərt karantin tədbirləri dönürmü?

110677

Çində yenə ara qarışıb. Pandemiya ilə bağlı pis xəbərlər gəlir. Beləki, ölkənin təxminən 19 milyon əhalisi olan Quançjou şəhərində gündəlik yoluxanların sayı 5 mini keçib. Quançjoudakı Haizhu xaricindəki daha iki rayon 20 günə yaxındır ki, karantindədir. 

Bununla belə, Quançjou şəhərində insanlar COVID-19 epidemiyasının qarşısını almaq üçün sərt tədbirlərə görə etiraz aksiyası keçirirlər. Quançjou şəhərinin Haizhu rayonunda qəzəbli kütlə COVID-19 karantinləri səbəbilə qurulan barrikadaları dağıdıb.  
Bu da onu göstərir ki, pandemiyanın sona çatmasından danışmaq hələ tezdir. Təsadüfi deyil ki, Çində baş verənlər onsuz da tərəddüddə qalan ÜST-nı son qərar verməkdən bir qədər də geri çəkilməyə məcbur edib.

Elə ÜST-nın Azərbaycandakı nümayəndəsi Hande Harmançı ölkəmizdə epidemoloji vəziyyətin stabilləşdiyini deməklə yanaşı insanları diqqətli olmağa çağırıb.

Qeyd edək ki, Operativ Qərargahın dekabrın 19-a olan məlumatına görə cəmi 11 yeni yoluxma hadisəsi qeydə alınıb.

Məsələ ilə Bizim.Media ilə fikirlərini bölüşən həkim Adil Qeybulla karantin qaydalarının dünyanın bütün ölkələrində qaldığını bildirdi:

“Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda qaydalar xeyli yumşaldılıb. Bununla belə, ÜST-nin pandemiyanın bitməsi ilə bağlı raportu yoxdur. Ona görə də karantin də stiuasiyaya, epidemoloji vəziyyətə uyğun olaraq sərtləşdirilə və yaxud yumşaldıla bilər. Çində karantin qaydalarının sərtləşməsi epidemoloji vəziyyətlə bağlıdır və burda təəccüblü heç nə yoxdur. Hesab edirəm ki, ayrı-ayrı ölkələrdə bu cür hadisələr baş verə bilər. Amma bütün hallarda COVİD-19 pandemiyası özünün sonuna yaxınlaşır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO