İlon Mask Avropa Parlamentində ifadə verəcək

İlon Mask Avropa Parlamentində ifadə verəcək

Hazırda oxunan: İlon Mask Avropa Parlamentində ifadə verəcək

110630

"SpaceX", "Tesla" və “Twitter”in sahibi İlon Mask Avropa Parlamentində ifadə verməyə dəvət olunub.

Bizim.Media “Politico”ya istinadən xəbər verir ki, Maskdan qanunvericilərlə “açıq ictimai dialoq” üçün Brüsselə gəlmək xahiş olunub.

Bununla bağlı müvafiq məktub Maska Avropa Parlamentinin prezidenti Roberta Mesola tərəfindən göndərilib.

“Twitter” Avropa Birliyinin demokratik həyatında əsas rol oynayır və vətəndaş diskursuna imkan yaradır. Bu səbəbdən də “Twitter” qeyri-ixtiyari də olsa, nifrətin, seçkilərə müdaxilənin və dezinformasiyanın katalizatoruna çevrilməməlidir”, - deyə siyasətçi qeyd edib.
Noyabr ayında Roberta Mesola liberal qanunvericilərin İlon Maskın Avropa Parlamentinə dəvət olunması təklifini qəbul edib. O bildirib ki, Maskın dəvəti qəbul edəcəyinə əmindir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO