Avropa İttifaqının Ermənistandakı monitorinq qrupunun mandatı başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Avropa diplomatiyasının rəhbəri Josep Borrell yayıb.
Onun sözlərinə görə, keçid komandası indi regionda davamlı sülhü təşviq etmək üçün Ermənistanda potensial uzunmüddətli Aİ missiyası üçün zəmin hazırlayacaq.
“40 avropalı ekspertin işi effektiv olub və inamın formalaşmasına kömək edib”, deyə o, qeyd edib.
Mənbə vurğulayıb ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası müvəqqəti planlaşdırma yardım qrupunu Ermənistana göndərəcək.
Məqsədi alyansın təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və Ermənistanda mümkün mülki missiyaya hazırlaşmaqdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:42 / 20.12.2022
Borrelldən Aİ-nin Ermənistandakı monitorinq qrupu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Borrelldən Aİ-nin Ermənistandakı monitorinq qrupu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Borrelldən Aİ-nin Ermənistandakı monitorinq qrupu ilə bağlı AÇIQLAMA
110553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.