Avropa Parlamentinin spikeri Rumıniya və Bolqarıstanı Şengen zonasına daxil etmədiyinə görə Aİ-ni QINADI 

Avropa Parlamentinin spikeri Rumıniya və Bolqarıstanı Şengen zonasına daxil etmədiyinə görə Aİ-ni QINADI 

Hazırda oxunan: Avropa Parlamentinin spikeri Rumıniya və Bolqarıstanı Şengen zonasına daxil etmədiyinə görə Aİ-ni QINADI 

110472

Avropa Parlamentinin (AP) spikeri Roberta Metsola Rumıniya və Bolqarıstanı 2023-cü ildə Şengen zonasına qoşulmağa çağırıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, spiker bu barədə ikigünlük işgüzar səfərdə olduğu Buxarestdə Rumıniya Prezidenti Klaus İohannis ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. 

"Rumıniya və Bolqarıstanı Şengen zonasına qəbul etməmək üçün heç bir əsaslı səbəb yoxdur, çünki ölkələr üzvlük üçün bütün şərtləri yerinə yetirir, daha sonra digər məsələlər həll olunmalıdır və biz irəliləməliyik", -deyə Metsola qeyd edib. 
Qeyd edək ki, dekabrın 8-də Brüsseldə Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının iclasında Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq üçün müraciətləri rədd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO