Şahzadə Harri və Meqan kral ailəsindən üzr istəməyi planlaşdırır

Şahzadə Harri və Meqan kral ailəsindən üzr istəməyi planlaşdırır

Hazırda oxunan: Şahzadə Harri və Meqan kral ailəsindən üzr istəməyi planlaşdırır

110420

Britaniyalı şahzadə Harri və həyat yoldaşı Meqan Markl barədə “Netflix”də çəkilən sənədli filmdən sonra cütlük kral ailəsi ilə görüşüb üzr istəyəcək. 

Bizim.Media "The Sun"a istinadən xəbər verir ki, buna cütlüyün “Netflix”də yayımlanan sənədli filmi səbəb olub.

Belə ki, onların krallıqdan ayrılması ilə bağlı olan sənədli filmdə kraliça II Elizabet haqqında irqçilik ittihamları, xüsusilə də Marklın səsləndirdiyi fikirlər ümumi gərginliyin bir az da artmasına səbəb kimi göstərilir. 

Cütlüyün mayın 6-sı baş tutacaq kral Çarlzın tacqoyma mərasiminə dəvət edildiyi bildirilir. Məlumata görə, onlar kral ailəsindən üzr istəmək üçün görüş planlaşdırırlar. 

Kraliyyət mənbəsi isə əlahəzrətin görüşə açıq ola biləcəyini bildirib:

"Kralla əlaqə qurmaq istəyirlərsə, onun harada yaşadığını bilirlər." 

Qeyd edək ki, bundan əvvəl ikili Bukingem sarayından üzr gözlədiklərini açıqlamışdı. Saraydan isə buna "onlar səhv etdiklərini etiraf edənə qədər Bukingem sarayı səssiz qalacaq" - cavabı verilib.
Məlumat üçün bildirək ki, sənədli serial “Netflix”də dekabrın 8-dən yayımlanıb. Cütlük serial üçün 88 milyon dollar əldə edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO