Belçika vətəndaşlarını İranı təcili tərk etməyə ÇAĞIRDI 

Belçika vətəndaşlarını İranı təcili tərk etməyə ÇAĞIRDI 

Hazırda oxunan: Belçika vətəndaşlarını İranı təcili tərk etməyə ÇAĞIRDI 

110337

Belçika Krallığı öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı təcili tərk etməyə və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyə çağırıb.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Belçikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mənbə vurğulayıb ki, İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir.

“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamildir. Vətəndaşlarımız həbs olunsa, onların insan hüquqları təmin edilə bilməz”, - bəyanatda deyilir.

Qeyd olunub ki, İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur. Bəyanatda deyilir ki, İranda həbs və ya saxlanma halında “şəxslərin əsas hüquqlarına və təhlükəsizliyinə hörmət edilmir”.
Belçika rəsmilərinin sözlərinə görə, İran hökuməti Olivier Vande Kastel adlı belçikalı yardım işçisini 28 il həbs cəzasına məhkum edib. O, fevral ayında həbs edilib və hazırda Evin zindanında saxlanılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO