Berlində İrandakı soydaşlarımıza dəstək aksiyası keçirilib

Berlində İrandakı soydaşlarımıza dəstək aksiyası keçirilib

Hazırda oxunan: Berlində İrandakı soydaşlarımıza dəstək aksiyası keçirilib

110311

"Almaniyadakı Azərbaycanlı İcması" təşkilatı tərəfindən Berlinin Brandenburq Qapısının önündəki məşhur Paris meydanında İrandakı azərbaycanlı soydaşlarımıza dəstək məqsədilə aksiya keçirilib.

Bizim.Media xəbər verir ki, aksiyaya Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş diaspor üzvləri, habelə cənubi azərbaycanlı siyasi fəallar qoşulublar.

Aksiya iştirakçıları hazırda İranda baş verən hadisələr fonunda soydaşlarımızın fundamental hüquqlarının pozulmasına, fəal gənclərin İranın hüquq-mühafizə orqanları tərəfindən təqib edilmələri və qətlə yetirilmələrinə etirazlarını bildiriblər.
Bununla yanaşı, iştirakçılar hazırda Şuşada ekofəalların Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz istismarına qarşı keçirdikləri aksiyaya dəstək nümayiş etdirib, Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO