Qətər Avropa Parlamentinin qərarını sərt qınadı

Qətər Avropa Parlamentinin qərarını sərt qınadı

Hazırda oxunan: Qətər Avropa Parlamentinin qərarını sərt qınadı

110309

Avropa Parlamentinin (AP) Qətər nümayəndələrinə qarşı təklif etdiyi tədbirlər, xüsusən də AP binalarından çıxarılma əmirliyin Aİ ilə münasibətlərinə və beynəlxalq enerji təhlükəsizliyi ilə bağlı müzakirələrə mənfi təsir göstərəcək.

Bizim.Media “İnterfax”a istinadən xəbər verir ki, bunu Qətər diplomatı bildirib.

Onun sözlərinə görə, məhkəmə qərarı olmadan Qətərə qarşı belə bir ayrı-seçkilik tədbirinin tətbiqi, regional və qlobal təhlükəsizlik əməkdaşlığına, enerji təhlükəsizliyi ilə bağlı davam edən müzakirələrə mənfi təsir göstərəcək.

Qeyd edək ki, Avropa Parlamenti Qətərlə bağlı qanunvericilik sənədləri üzərində, xüsusən də Qətərlə viza liberallaşdırılması və Aİ-nin aviasiya sazişi ilə bağlı bütün işlərin, habelə planlaşdırılan səfərlərin vəziyyətə aydınlıq gətirilənə qədər dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edib.

Bundan əlavə, deputatlar məhkəmə araşdırmasının nəticələri məlum olana qədər Qətəri nümayəndələri üçün Avropa Parlamentinə daxil olması üçün verilən vəsiqələrin qüvvədən düşməsini xahiş ediblər.
Xatırladaq ki, Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO