Bakıda 20 Yanvar faciəsini törədən rusiyalı general öldü

Bakıda 20 Yanvar faciəsini törədən rusiyalı general öldü

Hazırda oxunan: Bakıda 20 Yanvar faciəsini törədən rusiyalı general öldü

110277

Bakıda 20 Yanvar faciəsini törədən, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev 84 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Hərbi Rəislər Klubunun sözçüsü Nikolay Deryabin məlumat verib.

Moiseyev 1988-ci il dekabrın 14-dən SSRİ Silahlı Qüvvələri Baş Qərargahının rəisi - SSRİ müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Yeri gəlmişkən, 1990-cı ildə Baş Qərargahın rəisi kimi Bakıya qoşunu məhz o, SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçovun göstərişi ilə yeridib.

Qeyd edək ki, Mixail Moiseyev 1991-ci ildə SSRİ müdafiə naziri Dmitri Yazovun həbsindən sonra, avqustun 22-də SSRİ müdafiə nazirinin səlahiyyətlərini icra edib, lakin avqustun 23-də bu vəzifədən və Baş Qərargah rəisi vəzifəsindən azad edilib. 1991-ci ilin noyabrında təqaüdə göndərilib. 

1990–1991-ci illərdə Sov.İKP Mərkəzi Komitəsinin üzvü olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO