“Rusiya İrandan yenə “Şahed” PUA-ları tədarük edib” – Ukrayna Kəşfiyyat İdarəsi 

“Rusiya İrandan yenə “Şahed” PUA-ları tədarük edib” – Ukrayna Kəşfiyyat İdarəsi 

Hazırda oxunan: “Rusiya İrandan yenə “Şahed” PUA-ları tədarük edib” – Ukrayna Kəşfiyyat İdarəsi 

110210

Rusiya İrandan “Şahed” zərbə PUA-larının yeni partiyasını alıb. 

Bizim.Media “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Andriy Yusov ümum-Ukrayna telemarafonunun canlı yayımında bildirib.

“Bəli, bu yeni partiyadır, lakin “Şahed”lərin ilkin tədarükü ilə müqayisədə bu, daha az saydır. Lakin biz hazırda sayı müzakirə etmirik, amma görürük ki, dünənki kütləvi terror raket zərbələri zamanı “Şahed”lərdən istifadə olunmasa da bütün digər mövcud vasitələrdən, bütün raket silahlarından istifadə edilib”.
Yusovun sözlərinə görə, kəşfiyyat Rusiya Federasiyası ilə İran arasında ilkin razılaşmalardan və təcavüzkarın bu raketləri əldə etmək üçün göstərdiyi fövqəladə səylərdən xəbərdardır:

“Bu günkü duruma əsasən, Ukraynada istifadə üçün Rusiyada İran istehsalı ballistik raket görməmişik. Ancaq belə bir ehtimal var”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO