Radikallar Fransada qalib gəldi...

Radikallar Fransada qalib gəldi...

Hazırda oxunan: Radikallar Fransada qalib gəldi...

110150
Fransada 13 bölgənin rəhbərliyinin təyin edildiyi regional seçkilərin ilk turu keçirilib.xa0
xa0
Axar.az xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, Marin Le Penin liderlik etdiyi Milli Cəbhə Partiyası 29,5 % səs qazanıb. Sabiq prezident Nikola Sarkozinin liderlik etdiyi Respublikaçılar səslərin 27 faizini, Prezident Fransua Olland və Baş nazir Manuel Vallsın iqtidardakı Sosialist Partiyası səslərin 23 faizini əldə edib.
İlk turda ölkə daxilində seçici aktivliyi 2010-cu il ilə müqayisədə artıb. İlkin hesablamalara görə, qeydiyyatda olan seçicilərin 49 faizi seçkilərdə iştirak etməyib.xa0
xa0
Seçkilərdə 21,500 namizəd regional rəhbərliklərdə iştirak etmək üçün mübarizəyə qoşulub.xa0

Ölkədə 2017-ci ildə keçiriləcək prezident seçkilərində böyük rol oynayan bu seçkilərdə 13 bölgənin rəhbər heyəti müəyyənləşəcək.xa0

Seçkilərin ikinci turu 13 dekabrda baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO