NATO Kosovonun şimalına əlavə qüvvələr yerləşdirib

NATO Kosovonun şimalına əlavə qüvvələr yerləşdirib

Hazırda oxunan: NATO Kosovonun şimalına əlavə qüvvələr yerləşdirib

110080

Kosovodakı vəziyyətlə əlaqədar NATO bu ölkənin Şimalına əlavə qüvvələr və patrullar yerləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Kosovadakı sülhməramlılarının mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, NATO Kosovonun şimalındakı vəziyyəti diqqətlə izləyir.

“NATO-nun Kosovadakı sülhməramlı missiyası BMT-nin 1999-cu il tarixli 1244 saylı qətnaməsi çərçivəsində hərəkət edir. Oktyabr ayından etibarən Kosovanın şimal hissəsində missyanın heyəti gücləndirilib və bu həftə əraziyə əlavə qüvvələr və patrullar cəlb olunub.
Biz bütün aktorlardan NATO ilə koordinasiya şəraitində olmağı və təxribatçı güc nümayişlərindən çəkinmələrini, bütün icmaların təhlükəsizliyini təmin etmələrini gözləyirik. NATO Kosovodakı bütün icmalar üçün BMT-nin verdiyi mandatı yerinə yetirməyə davam edəcək. Həll yolları dialoq vasitəsilə ilə axtarılmalıdır”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Kosovoda etnik serblərlə hakimiyyət arasında son gərginlik təhlükəli həddə çatıb və Serbiya Kosovaya qoşun yerləşdirməsi ilə bağlı hədələyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO