Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda Boris Korçevnikov, Marina Kim, Qriqori Leps, Dmitri Puçkov, Nikita Mixalkov da yer alıb.
Qərarla Çeçenistan rəhbəri Ramzan Kadırovun övladlarına qarşı məhdudiyyətlər tətbiq edilib. Belə ki, Avropa İttifaqının sanksiyaları Kadırovun qızları Aişat və Karinanı əhatə edir.
Bundan əlavə, Moskva Kredit Bankı, Ümumrusiya Regional İnkişaf Bankı və Uzaq Şərq Bankına, partiyalardan "Vahid Rusiya", LDPR, "Ədalətli Rusiya" partiyalarına qarşı sanksiyalar tətbiq edilib.
Rəsmi şəxslərdən Rusiyanın mədəniyyət, elm və təhsil nazirləri, həmçinin Dövlət Dumasının 40 deputatının adı "qara siyahı"ya düşüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:39 / 16.12.2022
Avropa İttifaqı Kadırovun qızlarına sanksiya tətbiq etdi
Hazırda oxunan: Avropa İttifaqı Kadırovun qızlarına sanksiya tətbiq etdi
Hazırda oxunan: Avropa İttifaqı Kadırovun qızlarına sanksiya tətbiq etdi
110073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.