İranda partiya sədri həbs olundu

İranda partiya sədri həbs olundu

Hazırda oxunan: İranda partiya sədri həbs olundu

110027

İranda Xalq İslahat Partiyasının baş katibi və din xadimi Məhəmməd Zare Fuməni 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir.

Xüsusi Ruhani Məhkəməsi Məhəmməd Zare Fuməninin işinə yenidən baxaraq məhkəmənin çıxardığı ilkin qərarı olduğu kimi qüvvədə saxlayıb.

Barəsində təhlükəsizlik məsələləri ilə bağlı bir neçə ittiham irəli sürülən Fuməni oktyabrın 9-da həbs edilərək Tehranın Evin zindanının təhlükəsizlik orqanına məxsus 209-cu bölməsinə aparılıb və bir ay müddətinə təkadamlıq kamerada saxlanılıb.
Fuməninin mühafizəkar İbrahim Rəisinin prezident seçildikdən sonra ona heç bir vəzifə vermədiyi üçün narazılar sırasına qoşulduğu bildirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO