Türkiyədə teraktda şübhəli bilinən 5 nəfər saxlanıldı - YENİLƏNİB/VİDEO

Türkiyədə teraktda şübhəli bilinən 5 nəfər saxlanıldı - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Türkiyədə teraktda şübhəli bilinən 5 nəfər saxlanıldı - YENİLƏNİB/VİDEO

109898

Dekabrın 16-da səhər saatlarında Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır-Mardin avtomobil yolunda bomba yüklü avtomobilin partladılmasında şübhəli bilinən 5 nəfər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb. 

Bildirilib ki, partlayış nəticəsində yaralananların sayı 9-a çatıb. Onlardan biri polis əməkdaşıdır.

*** 09.48

Türkiyədəki partlayışı törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin DİN rəhbəri Süleyman Soylu hadisə barədə “Twitter“də yazıb. 

“Bu gün Diyarbəkirdə baş vermiş partlayış nəticəsində yaralanan polis əməkdaşları xəstəxanaya aparılıb. Hadisədə şübhəli bilinən 2 nəfər saxlanılıb”, - nazir qeyd edib. 

Xatırladaq ki, partlayış zamanı 8-i polis olmaqla, 9 nəfər yaralanıb.

*** 09.11

Türkiyənin Diyarbəkir vilayətində terror aktı törədilib.  

Bizim.Media NTV-yə istinadən xəbər verir ki, Diyarbəkir-Mardin magistral yolunda uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb.

Bomba yüklü avtomobilin partladılması nəticəsində azı 8 polis əməkdaşı yaralanıb. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib. 

Partlayış ərazisi bloklanıb, antiterror əməliyyatı aparılır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO