Almaniyadan Ukraynaya növbəti YARDIM – 30 min sursat, 5000 mərmi,…

Almaniyadan Ukraynaya növbəti YARDIM – 30 min sursat, 5000 mərmi,…

Hazırda oxunan: Almaniyadan Ukraynaya növbəti YARDIM – 30 min sursat, 5000 mərmi,…

109832

Almaniya Ukraynaya növbəti hərbi yardımını göndərib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu dəfə Ukraynaya “IRIS-T” hava hücumundan müdafiə sistemi üçün əlavə raketlər və artilleriya mərmiləri göndərilib. 

Bununla yanaşı, yardım paketinə 40 mm-lik qumbaraatan üçün əlavə 30 min sursat və 5000 ədəd 155 mm-lik artilleriya mərmisi, iki zirehli evakuasiya maşını, yaralıların daşınması üçün 4 maşın, həmçinin, 18 yük maşını daxil edilib.
Qeyd edək ki, daha əvvəl Almaniya Ukraynaya özüyeriyən haubitsalar, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, özüyeriyən zenit qurğuları və raket sistemləri, zirehli texnikalar tədarük edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO