ABŞ-ın ikibaşlı siyasətinin PƏRDƏARXASI: “Dinmə ver, amma haqqını tələb eləmə”

ABŞ-ın ikibaşlı siyasətinin PƏRDƏARXASI: “Dinmə ver, amma haqqını tələb eləmə”

Hazırda oxunan: ABŞ-ın ikibaşlı siyasətinin PƏRDƏARXASI: “Dinmə ver, amma haqqını tələb eləmə”

109775

Məlum olduğu kimi, ekologiya fəallarımızın Laçın yolundakı aksiyası artıq dördüncü gündür ki davam edir. Lakin aksiyamıza qarşı beynəlxalq miqyasda heç də birmənalı münasibət sərgilənmir.

Belə ki, ABŞ-ın ölkəmizdəki səfirliyi dekabrın 14-ə bəyanat yayaraq qeyd edib ki, aksiya Qarabağın ermənilər yaşayan hissəsində “humanitar böhran”a səbəb ola bilər. 

Digər tərəfdən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə artan dəstəyini alqışlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qloballaşma ARTIQ BİTDİ – ABŞ Avropanı öz problemləri ilə baş-başa buraxır...


Bəs, ABŞ rəsmilərinin bu cür ikibaşlı mövqeyi nəyə hesablanıb?

Sualı Bizim.Media üçün cavablandıran politoloq Amid Əliyevin sözlərinə görə, ABŞ tərəfindən Laçın dəhlizi ilə bağlı səsləndirilən bəyanat birtərəfli və hətta qərəzlidir:

“ABŞ-ın Ermənistanın həyata keçirdiyi talan və qarət faktlarını səsləndirmədiyi və bölgədəki sülhməramlıların fəaliyyətsizliyini demədiyi halda Azərbaycana qarşı belə mövqe sərgilməsi məntiqsiz görünür.

Yaxşı olardı ki, ABŞ və bu məsələ ilə bağlı Azərbaycanı günahkar hesab etmək istəyən dairələr keçən 30 il ərzindəki proseslərə nəzər salsınlar. Azərbaycana qarşı işğalçı siyasət yeritmiş, genosid, ekosid və urbisid kimi cinatəyətlərin müəllifi olan bir dövlətə tərəfar çıxmaqdansa, demokratiya və ədalətə söykənən mövqe sərgiləsələr yaxşı olardı”.

Politoloq qeyd edib ki, ABŞ-ın son günlər bölgədə moderatorluq üzrə həyata keçirdiyi aktiv siyasət fonunda belə bir addım atması Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı olaraq ikrah hissi ilə qarşılanır:

“Yenidən proseslərə qoşulmaq istəyən ABŞ vasitəçilik missiyasının üzərinə kölgə salan bəyanatlar verməklə özünü bu proseslərdən kənarlaşdıra bilər. Çünki, vasitəçi olaraq ən azından ya bitərəf olaraq susmaq, ya da reallığı olduğu kimi qiymətləndirmək lazımdır.

ABŞ rəsmiləri tərəfindən Azərbaycanın enerji təminatı ilə bağlı tərəfdaşlıq mövqeyi haqqında müsbət fikirlər söyləməsi isə heç də təsadüfi deyil. Bir təfədən ABŞ bununla özünün Azərbaycana yaxınlığını bir daha kompensasiya etmək istəyir, digər tərəfdən isə enerji təminatı məsləsində özünə də didvidendlər qazanmaq fikrindədir.

Belə bir bəyanatın məhz ölkə başçısının Türkmənistan səfəri ərəfəsində verilməsi heç də təsadüfi deyil.

Türkmənistanda Transxəzər qaz kəməri vasitəsilə 50 milyard həcmində qazın Azərbaycana və buradan da Avropaya ötürülməsi haqqında layihənin ərsəyə gəlməsi haqqında ilkin razılaşma əldə olundu. Bu meqa layihədə, təbii ki, ABŞ da maraqlıdır. Ona görə də ABŞ bu məsələdə daha çox öz iqtisadi maraqlarını güdür”.
Amid Əliyev əlavə edib ki, ikibaşlı bəyanatların verilməsi təcrübəsini biz ötən 30 il ərzində çox müşahidə etmişik:

“Keçmişdə qalmış ATƏT-in Minsk qrupu çərçivəsində razılığa gələ bilməyən üçlü indi də ayrı-ayrılıqda bir mövqe nümayiş etdirə bilmirlər. Görünür ki, bu dövlətlərin nə birlikdə, nə ayrılıqda Azərbaycanla bağlı fikir və siyasətlərinin ortaq nöqtəsi olduqca məchuldur. Belə olmasaydı, ən azından ABŞ özünün vasitəçilik missiyasını qorumaq üçün ermənipərəst bəyanatlar yaymazdı”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO