Peruda iğtişaşlar səbəbindənm fövqəladə vəziyyət elan edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Alberto Otarola bildirib.
“Bir neçə saatdan sonra rəsmi mətbuatda 30 təqvim günü müddətinə ümummilli fövqəladə vəziyyət elan edilməsi haqqında fərman dərc olunacaq”, - o, “TVPeru” dövlət televiziya kanalının canlı yayımında deyib.
Nazir qeyd edib ki, bu müddət ərzində milli polis asayişin qorunmasında ölkənin silahlı qüvvələrinə köməklik göstərəcək.
Qeyd edək ki, dekabrın 7-də Peru parlamenti qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edən prezident Pedro Kastilyonun istefaya göndərilməsinə səs verib.
Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:56 / 15.12.2022
Peruda vəziyyət gərginləşdi
Hazırda oxunan: Peruda vəziyyət gərginləşdi
Hazırda oxunan: Peruda vəziyyət gərginləşdi
109677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.