Dünyada ikinci ən böyük qaz ehtiyatına malik İranda QAZ QITLIĞI yarandı  

Dünyada ikinci ən böyük qaz ehtiyatına malik İranda QAZ QITLIĞI yarandı  

Hazırda oxunan: Dünyada ikinci ən böyük qaz ehtiyatına malik İranda QAZ QITLIĞI yarandı  

109645

İran dünyada ikinci ən böyük qaz ehtiyatına malik ölkə olsa da, ölkədə qaz qıtlığı yaranıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İran Milli Qaz Şirkətinin icraçı direktoru Məcid Çegini ölkədə qaz sərfiyatının 607 milyon kubmetrə çatdığını və bu səbəbdən də əhalinin qaza qənaət etməli olduğunu bildirib.

O bildirib ki, istehsal olunan qazın 72 faizi ev əhali qrupu və ticarət üçün istifadə olunur.  

Hökumət rəsmiləri İran xalqının qazdan istifadə etməsini Türkiyədə qaz istifadəsi ilə müqayisə edərək İran əhalisinin daha çox israf etdiyini bildiriblər.Belə ki, İranda əhalinin istifadə etdiyi qazın həcmi 607 milyon kubmetr olduğu halda, Türkiyədə bu rəqəm 280 milyon kubmetrdir. Ekspertlərin fikrincə, İranda qaz qıtlığının əsas səbəbi hökumətin yanlış siyasətinin nəticəsidir.
Qeyd edək ki, daha əvvəl İranın nüvə proqramı üzrə nümayəndəsi Məhəmməd Mərəndi avropalılara qarşıda soyuq qış olacağı ilə bağlı xəbərdarlıq edib. Amma Avropaya qış gəlməzdən öncə həmin soyuq qış İranı vurub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO