Türkiyədə şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılır - FOTO 

Türkiyədə şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılır - FOTO 

Hazırda oxunan: Türkiyədə şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılır - FOTO 

109640

1915-ci ildə türk torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə Çanaqqalada ucaldılacaq abidənin təməlqoyma mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Azərbaycan - Türkiyə Parlamentlərarası İşçi Qrupun rəhbəri Əhliman Əmiraslanov, Çanaqqala valisi İlhami Aktaş, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmayıl Kaşdemir, vilayətin digər rəsmi şəxsləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan və Türkiyənin himnləri ilə başlayıb. 

Səfir Rəşad Məmmədov açılış çıxışında Çanaqqalanın müqəddəs bir yer olduğunu, 100 il öncə azərbaycanlıların bu torpaqlarda öz qardaşları ilə birlikdə düşmənə qarşı döyüşərək şəhid olduqlarını bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan tərəfindən inşa olunacaq bu abidə qəhrəman Azərbaycan övladlarının xatirəsini uğruna can verdikləri torpaqlarda ölümsüzləşdirəcəkdir. 

Bildirilib ki, Çanaqqala Savaşları Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə təməli qoyulan Azərbaycan Şəhidləri Abidəsi Çanaqqala Şəhidlər Abidəsinə 500 metr məsafədə yerləşir və Azərbaycan şəhidləri üçün ayrılan ərazi ümumilikdə 1960 metr kvadrat ərazini əhatə edir. Mərasim abidənin təməlinin atılması ilə başa çatıb. 
Qeyd etməliyik ki, 24 aprel 2015-ci il tarixində Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə Çanaqqala Şəhidliyi Kompleksində keçirilmiş xatirə tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev komplekslə tanışlıq zamanı Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin Çanaqqala Şəhidliyi Kompeksində əbədiləşdirilməsinə dair Azərbaycanın müvafiq dövlət qurumlarına göstəriş verib. 

Abidə layihəsinin eskizi Prezident İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltəraşlar tərəfindən hazırlanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO