Arayik Qarabağda hərbi vəziyyət elan etdi - Ruben Vardanyan Operativ Qərargahın rəisi təyin edildi

Arayik Qarabağda hərbi vəziyyət elan etdi - Ruben Vardanyan Operativ Qərargahın rəisi təyin edildi

Hazırda oxunan: Arayik Qarabağda hərbi vəziyyət elan etdi - Ruben Vardanyan Operativ Qərargahın rəisi təyin edildi

109580

Qarabağda qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan hərbi vəziyyət elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, Qarabağda müvəqqəti yaşayan erməni əhalisinin normal həyatını təmin etmək və 2022-ci il dekabrın 12-də rus sülhməralıları tərəfindən bağlanan Xankəndi-Gorus avtomobil yolu ilə bağlı yaranmış vəziyyəti tənzimləmək üçün belə addım atılıb.

Bu baxımdan bölgədəki xüsusi təyinatlı obyektlərin iş rejimi hərbi vəziyyətə keçirilib.

Həmçinin əhalinin sərbəst hərəkət hüququ məhdudlaşdırılacaq, ərazini tərk etmək üçün xüsusi rejim yaradılacaq.

Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, hüquq və azadlıqlara müvəqqəti məhdudiyyətlərin tətbiqini təmin etmək məqsədilə Operativ Qərargah yaradılıb və rejimin “dövlət naziri” Ruben Vardanyan Qərargahın rəisi təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO