Ukrayna daha 64 hərbçisini qaytardı

Ukrayna daha 64 hərbçisini qaytardı

Hazırda oxunan: Ukrayna daha 64 hərbçisini qaytardı

109575

Rusiyada əsirlikdə olan 64 nəfər Ukrayna hərbçisi geri qaytarılıb. 

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, Rusiya əsirliyindən azad olunan hərbçilər Donetsk, Luqansk istiqamətlərində və Baxmut şəhərinin müdafiəsi üçün gedən döyüşlərdə iştirak edib. 

Yermak onu da əlavə edib ki, 4 nəfərin cəsədi və ukraynalılara kömək edən 1 nəfər ABŞ vətəndaşı da geri qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO