Türkmənistan qazı Avropaya nəql ediləcək - İşçi qrup yaradılır

Türkmənistan qazı Avropaya nəql ediləcək - İşçi qrup yaradılır

Hazırda oxunan: Türkmənistan qazı Avropaya nəql ediləcək - İşçi qrup yaradılır

109546

Türk Dövlətləri Təşkilatı əməkdaşlığımızın ən vacib formatıdır. Digər tərəfdən Azərbaycan ilə fərqli mexanizmlər çərçivəsində effektiv addımlar atırıq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.

O, qeyd edib ki, energetika üç ölkə arasında əməkdaşlığın vacib hissəsidir:

“Azərbaycan təbii qazını Cənubi Qaz Dəhlizi və TANAP vasitəsi ilə Avropaya nəql edirik. Türkmənistan təbii qazı məsələsində də üç ölkənin xeyrinə olacaq şəkildə ortaq addımlar atmağa hazırıq və bununla bağlı İşçi qrupu yaratmaq qərarını verdik. Bu gün enerji sahəsində əməkdaşlığa dair imzaladığımız anlaşma memorandumu da lazımi çərçivəni yaradır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO