“Volkov Azərbaycana hörmətsizliyinə görə cəzalanmalıdır” – Telman Qasımov

“Volkov Azərbaycana hörmətsizliyinə görə cəzalanmalıdır” – Telman Qasımov

Hazırda oxunan: “Volkov Azərbaycana hörmətsizliyinə görə cəzalanmalıdır” – Telman Qasımov

109526

“Andrey Volkovun gəlib-gəlməməyindən asılı olaraq aksiyamız davam edəcək. Volkov aksiyaçılara, xüsusilə Azərbaycana qarşı etdiyi bu hörmətsizliyə və sayğısızlığa görə cəzalanmalıdır. Onu sülhməramlıların üzərində olan komandanlıqdan və ümumiyyətlə Azərbaycandan çıxarmaq lazımdır”.

Bu sözləri Bizim.Media-ya Elmi Araşdırmalar İctimai Birliyinin sədri Telman Qasımov 3 gündür Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasından danışarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Volkov harada gizlənib? – Sülhməramlı generalın YEFRETOR OYUNLARI


Onun sözlərinə görə Volkov cavab verənə qədər Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi davam etdiriləcək:

“Volkovun bu münasibəti bizə təhqirdir. Əgər bir-iki erməninin bir-birilə problemi yaranırsa, Volkov dərhal orada peyda olur. Hesab edirəm ki, Volkov bu hörmətsizliyinə görə cavabını almalıdır. Sülhməramlılar isə üç gündür lal və kardır. Onlarla hər hansı dialoqa keçə bilməmişik”.

Aksiya zamanı səhhətində yaranan problemə görə bu gün Bakıya qayıdacağını qeyd edən Telman Qasımov bir gün dincəlməyə ehtiyacı olduğunu bildirib:

“Gecələr bura həddindən artıq soyuq və şaxtalı olur. Möhkəm xəstələnmişəm və soyuqdəymə keçirmişəm. Boğazımda da problemlər yaranıb. Dostlar məsləhət bildi ki, Bakıya qayıdım, bir iki gün müalicə edəndən və dincələndən sonra yenidən aksiyaya qayıdacağam”.   

Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyaları üç gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO