Aİ missiyasının SON GÜNLƏRİ – “Ermənistan növbəti dəfə fiaskoya düçar oldu”

Aİ missiyasının SON GÜNLƏRİ – “Ermənistan növbəti dəfə fiaskoya düçar oldu”

Hazırda oxunan: Aİ missiyasının SON GÜNLƏRİ – “Ermənistan növbəti dəfə fiaskoya düçar oldu”

109476

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə göndərilən missiya ilə bağlı açıqlama verib.

Aİ rəsmisi qeyd edib ki, missiyanın mandatının müddəti uzadılmayacaq. Bu isə o deməkdir ki, missiya gələn həftə işinə yekun vuracaq.

Məlum olduğu kimi, Aİ-nin Cənubi Qafqaza missiya göndərməsi məsələsi Praqa görüşündə razılaşdırılmışdı. Missiyanın müddəti 2 ay göstərilsə də, Ermənistan tərəfinin məsələyə baxışı heç də razılaşmaya uyğun deyildi. Belə ki, rəsmi İrəvan Aİ missiyasına xilaskar gözü ilə baxır və onların bölgədə qalma müddətini uzatmaq üçün səylərini əsirgəmirdi.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar İskəndərov qeyd edib ki, Aİ-nin bölgəyə missiya göndərməsi Ermənistanda böyük qələbə kimi təqdim olunurdu:

“Rəsmi İrəvan bunu diplomatiyalarının böyük uğuru hesab edirdilər. Azərbaycanda isə bu məsələyə yalnız ironiya, gülüş obyekti və Ermənistan kimi ölkəyəbənzər sistemin bərbad, anlaşılmaz siyasi gedişlərinin nəticəsi kimi baxılırdı. Və zaman göstərdi ki, Azərbaycanın məsələyə baxışı öz təsdiqini tapdı. Həqiqətən də, Ermənistanın böyük sevinc və həvəslə gözlədiyi bu missiya artıq müddətini başa vurur. Borrellin də açıqlamasında bunu təsdiqlədi.

Bu Ermənistanın xarici siyasətində növbəti fiaskosu, uğursuzluğu, Azərbaycan diplomatiyasının isə böyük uğuru hesab edilməlidir. Artıq neçənci dəfədir ki, Cənab Prezidentin siyasətindəki uğurlu kombinasiyalar özünü sübuta yetirir”.

Deputatın sözlərinə görə, artıq Azərbaycan qlobal güclərin də etiraf etdiyi böyük gücə çevrilib:

“Bu gün bir daha şahidi oluruq ki, Azərbaycanın xarici siyasəti uğurludur. Hal-hazırda baş verən proseslər Ermənistan, Fransa, İran və son zamanlar Rusiyanın anlaşılmaz siyasəti yalnız özlərini çətin duruma salır. Bu gün Ermənistanın cəhd etdiyi yanlış siyasət yalnız sülh prosesinin pozulmasına, normallaşma yolunda əngələ çevrilir. 

Belə olan vəziyyətdə uduzan isə yenə də Ermənistan olacaq. Həm iqtisadi tənəzzül, həm ordudakı başıpozuqluq, milyardlarla dollarlıq silah itkisi, həm də siyasi böhran Ermənistanın siyasi reallığıdır. 
Nəticə isə bundan ibarətdir ki, Ermənistan növbəti dəfə hər hansı beynəlxalq gücün bölgəyə cəlb olunması istiqamətində uğursuzluğa düçar oldu. Azərbaycan isə bir daha diplomatiyada öz böyük uğurunu qazandı”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO