ABŞ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili Gəncədə səfərdədir - FOTO

ABŞ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili Gəncədə səfərdədir - FOTO

Hazırda oxunan: ABŞ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili Gəncədə səfərdədir - FOTO

109469

ABŞ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara Gəncə şəhərinə səfər edib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, o, səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Söhbət zamanı Niyazi Bayramov qeyd edib ki, tarixi İpək yolu üzərində yerləşən Gəncə sənaye sahəsində inkişaf etmiş şəhərlərdəndir.

Tarixən elm və mədəniyyət mərkəzi hesab edilən Gəncə müxtəlif illərdə bir sıra beynəlxalq layihə, festival və titullara ev sahibliyi edib. Görüş zamanı şəhər rəhbəri Gəncə ilə ABŞ arasında olan əlaqələrdən də söz açıb.  
Huqo Gevara Gəncəyə ilk dəfə səfər etdiyini bildirib və səmimi görüşə görə Niyazi Bayramova təşəkkür edib. Gəncə şəhərinə səfərinin məqsədindən söz açan amerikalı diplomat, burada bir sıra görüşlər keçirəcəyini diqqətə çatdırıb. O qeyd edib ki, ikigünlük səfəri çərçivəsində Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalan ərazisini ziyarət edəcək, Gəncə şəhər 28 nömrəli tam orta məktəbin İngilis dilli sinfinin açılışına qatılacaq. 

Bununla yanaşı, Gəncə şəhər Mərkəzi Kitabxana Sistemində yaradılan “Amerika guşəsi”ni,  "Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya reinteqrasiya mərkəzini və Azərbaycan Dövlət Aqrar Universitetini ziyarət edəcəyini bildirib.  
Görüşün sonunda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO