Bu şirkətlər işçilərini ixtisar etməyə başlayıb - SİYAHI 

Bu şirkətlər işçilərini ixtisar etməyə başlayıb - SİYAHI 

Hazırda oxunan: Bu şirkətlər işçilərini ixtisar etməyə başlayıb - SİYAHI 

109243

Yüksək inflyasiya və Rusiya-Ukrayna müharibəsi ilə yaşanan enerji böhranının dünyada iqtisadi inkişafı zəiflətməsi fonunda xüsusilə ABŞ və Avropada bir çox şirkət işçilərini ixtisar etməyə, yeni işçilərin qəbulunu dayandırmağa başlayıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, təkcə ABŞ-da 946 texnologiya şirkətində 90 mindən artıq insan işini itirib. İlin üçüncü rübündə gəlirlərlə bağlı proqnozlar özünü doğrultmadığı üçün “Amazon” və “Meta” kimi şirkətlər də ixtisarlara gedir.

Elektron ticarət nəhəngi “Amazon” dünyadakı işçilərinin 3 faizini – 10 min nəfəri işdən çıxarmağı planlaşdırır. Bu, 1994-cü ildən sonra işdən çıxarılma ilə bağlı ən böyük göstərici olacaq. 
Elektron bankçılıqla məşğul olan “Chime Financial” işçlərinin 12 faizini, yaxud 160 nəfəri, 83 min işçisi olan “Cisco Systems” işçilərinin 5 faizini işdən çıxarmağa hazırlaşdığını açıqlayıb. 

Kriptovalyuta birjası “Kraken” işçilərinin 30 faizinin, yəni 1100 nəfərin işinə son verəcək. 

Avtomobil sifarişi şirkəti “Lyft” əməkdaşlarının 13 faizini, yəni 683 nəfəri ixtisar edəcəyini açıqlayıb. 

“Facebook”un sahibi “Meta” şirkəti 11 mindən çox əməkdaşının əmək müqaviləsinə son verəcək. Bu il şirkətin səhmləri 60 faizdən çox dəyər itirib. Bu, son deyil və ekspertlər hesab edir ki, şirkətlər ixtisarları davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO