Monteneqroda iğtişaşlar baş verib – Etirazçılar yeni qanuna qarşı çıxır

Monteneqroda iğtişaşlar baş verib – Etirazçılar yeni qanuna qarşı çıxır

Hazırda oxunan: Monteneqroda iğtişaşlar baş verib – Etirazçılar yeni qanuna qarşı çıxır

109242

Monteneqroda iğtişaşlar baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Novıye İzvestiya” portalı məlumat yayıb. Qeyd edilib ki, iğtişaşlar adıçəkilən ölkənin Podqoritsa şəhərindəki parlament binası qarşısında keçirilib.  

Aksiya iştirakçıları prezidentin səlahiyyətləri haqqında qanuna etiraz edib. 

“Xəyanət!” şüarları səsləndirən etirazçılar parlament binasının qarşısındakı hasarı söküb, qapılarını sındırıblar. Etirazçılar bildiriblər ki, prezident haqqında qanuna edilən dəyişikliklər konstitusiya quruluşunu məhv etmək məqsədi daşıyır. 

Polis əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO