Slovakiya Ukraynaya “MiQ-29” qırıcıları GÖNDƏRƏCƏK 

Slovakiya Ukraynaya “MiQ-29” qırıcıları GÖNDƏRƏCƏK 

Hazırda oxunan: Slovakiya Ukraynaya “MiQ-29” qırıcıları GÖNDƏRƏCƏK 

109227

“Slovakiya “MiQ-29” qırıcılarını Ukrayna hərbçilərinə verməyə hazırdır. Yaxın vaxtlarda bu məsələni həll etmək üçün Ukrayna nümayəndə heyəti Bratislavaya gələcək”. 

Bizim.Media xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Rastislav Kaçer “İnterfaks-Ukrayna”ya müsahibəsi zamanı bildirib. 

Nazir qeyd edib ki, qırıcıların verilməsi məsələsi Ukrayna Prezidenti Volodimir Zelenski ilə ətraflı müzakirə olunub:

“Müdafiə naziri prezidentə bunu necə edə biləcəyimizi izah etdi. Düşünürəm ki, yaxın həftələrdə Ukrayna nümayəndə heyəti Slovakiyaya gələcək və amerikalı dostlarımızla birlikdə bunun reallaşması üçün çalışacağıq”. 

Həmçinin, Kaçer dekabrın 7-də Slovakiyanın adıçəkilən qırıcılar üçün bir neçə min raketin tədarükü məsələsini də təsdiqlədiyini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO