Rusiya prezidenti Vladimir Putin Ukraynada başlayan müharibəyə görə məsuliyyət daşımalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli BBC-yə müsahibəsində danışıb.
"Məsuliyyət mütləq olmalıdır. Bu, cəbhədə cinayət törətmiş rus əsgərlərinə də aiddir. Hamı, o cümlədən Vladimir Putin məsuliyyət daşımalıdır", - deyə o, qeyd edib.
Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, London Beynəlxalq Cinayət Məhkəməsini dəstəkləyib, lakin digər mexanizmləri istisna etmir, həmçinin Ukrayna və digər tərəfdaşlarla birlikdə müharibənin günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün ən effektiv sistemi tətbiq etmək niyyətindədir.
Nazirin fikrincə, NATO Rusiyanı təhdid etmir və təhdid etməyəcək, çünki o, bütün üzv ölkələr üçün müdafiə ittifaqıdır.
Kleverli vurğulayıb ki, alyans ölkələrinin müharibəyə cəlb olunması ilə bağlı müzakirələr məhz Putinin çıxışlarında eşidilir.
Sky News-a müsahibəsində nazir Vladimir Putinin Ukrayna ilə sülh danışıqları aparmaq istədiyinə dair heç bir əlamət görmədiyini bildirib.
Onun sözlərinə görə, istənilən sülh danışıqları Rusiya ordusunun yenidən silahlanması üçün “əncir yarpağı” rolunu oynaya bilməz və Ukrayna mümkün hesab etdiyi zaman müharibənin dayandırılması ilə bağlı danışıqların parametrlərini təyin etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:10 / 11.12.2022
Putin müharibəyə görə məsuliyyət daşımalıdır - Britaniyanın xarici işlər naziri
Hazırda oxunan: Putin müharibəyə görə məsuliyyət daşımalıdır - Britaniyanın xarici işlər naziri
Hazırda oxunan: Putin müharibəyə görə məsuliyyət daşımalıdır - Britaniyanın xarici işlər naziri
109065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.