İngiltərə yığmasının baş məşqçisi istefaya göndərilməyəcək - AÇIQLAMA

İngiltərə yığmasının baş məşqçisi istefaya göndərilməyəcək - AÇIQLAMA

Hazırda oxunan: İngiltərə yığmasının baş məşqçisi istefaya göndərilməyəcək - AÇIQLAMA

109063

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefaya göndərilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, yığma Qətərdə keçirilən dünya çempionatında mübarizəni dayandırsa da, məşqçilər heyəti komandanı mundiala yaxşı hazırlamışdı: 

"Futbolçular titulu qazanmaqda tam qərarlı idilər. Biz turnirlə vidalaşmamalı idik. Çox maraqlı və gənc komandamız var. Nəticədən asılı olmayaraq, onlar DÇ-2022-dəki çıxışları ilə fəxr etməlidirlər".

Xatırladaq ki, İngiltərə yığması 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, dünya çempionatında mübarizəni dayandırıb. Sautgeytin milli komanda ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO