Kosovonun baş naziri serblərə ultimatum verdi

Kosovonun baş naziri serblərə ultimatum verdi

Hazırda oxunan: Kosovonun baş naziri serblərə ultimatum verdi

109057

Kosovonun baş naziri Albin Kurti serblərdən bazar gününün sonuna qədər barrikadaları aradan qaldırmağı tələb edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Serbiyanın “Veçerne Novosti” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, Kosovo Təhlükəsizlik Şurasının iclasından sonra Kurti onlayn görüşdə Kvinta ölkələrinə (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya) məlumat verib ki,  şimalda magistral yollardakı barrikadaları aradan qaldırmaq üçün serblərə bazar günü axşamadək vaxt verib. Əks halda Kosovo polisi vəziyyətə müdaxilə edəcək.

Bundan əlavə, Kurti NATO-nun Kosovodakı beynəlxalq missiyasını vəziyyətə müdaxilə etməyə çağırıb.

Bundan əvvəl Yarine keçid məntəqəsində keçmiş serb polis Deyan Pantiç saxlanılıb. Buna cavab olaraq serb əhalisi keçid məntəqəsinin yaxınlığındakı bir neçə yaşayış məntəqəsində magistral yolun kənarındakı keçidi barrikadalarla bağlayıb və etiraz aksiyasına çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO