Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mərakeşə səfər zamanı Mərakeş Krallığının İqtisadi İnteqrasiya, Kiçik Biznes, Məşğulluq və peşə bacarıqları naziri Yunes Sekkuri ilə görüşü keçirilib.
Mərkəzdən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Mərkəzin üzvləri Mavrikinin sabiq Prezidenti, Ameenah Qurib Fakim və Ekvadorun sabiq Prezidenti Rozalia Arteaqo Serrano Mərkəzin reallaşdırdığı layihələr, Qlobal Bakı Forumu haqda məlumat verərək, Mərkəzin Afrika regionunda fəaliyyətinin aktivləşdirilməsi istiqamətində Mərakeş Krallığı ilə reallaşdırılması nəzərdə tutulan layihələr, o cümlədən Afrika regionunda gənclərin təhsil və işsizlik məsələləri müzakirə edilmişdir.
Qeyd edək ki, Mərkəzin Həm-sədri Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın rəhbərliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük nümayəndə heyəti ilə Mərakeşdə keçirilən BMT Sivilizasiyalar alyansının 9-cu Qlobal Toplantısında iştirak edib və BMT Baş Katibi, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi və Mərakeş krallığının Xarici İşlər, Afrika ölkələri ilə əməkdaşlıq və xaricdə yaşayan Mərakeşlilərlə iş üzrə Nazirlə görüşlər keçirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:47 / 11.12.2022
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mərakeşdə - FOTO
Hazırda oxunan: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mərakeşdə - FOTO
Hazırda oxunan: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mərakeşdə - FOTO
109055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.